![]()
10 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin bir qrup nümayəndəsi ilə görüş keçirib.
Platformanın fəaliyyəti barədə məlumat verən Baş katib Azər Allahverənov Türk dünyası QHT-ləri ilə qurulan və inkişaf etdirilən əlaqələr barədə danışıb. Bildirilib ki, bu kimi fəaliyyətlər QHT-lər arasında əməkdaşlıq əlaqələrinin daha sıx bağlar üzərində bərqərar olması üçün yeni imkanlar yaradır.
Görüş zamanı ictimai birliyin sədri Şamil Ələkbərli təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirib ki, birliyin əsas məqsədi Xocalı soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və bu faciə barədə beynəlxalq səviyyədə məlumatlandırma fəaliyyətini genişləndirməkdir.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Baş katib Azər Allahverənov qeyd edib ki, belə bir ictimai birliyin məhz Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət göstərməsi böyük əhəmiyyət kəsb edir. O, vurğulayıb ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması üçün vətəndaş cəmiyyəti institutlarının fəallığı xüsusi rol oynayır. Həmçinin bildirib ki, bu istiqamətdə həyata keçirilən təşəbbüslər və beynəlxalq platformalarda aparılan məlumatlandırma işi Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşün keçirilməsi üçün zəruri şəraitin yaradılmasına görə millət vəkili Azər Allahverənova dərin təşəkkürünü bildirən və deputatın təmsil etdiyi 29 saylı Sabunçu dördüncü seçki dairəsinin ərazisində yaşayan aztəminatlı ailədən olan şəxslər barədə danışan Şamil Ələkbərli həmin şəxslərin rifahının yaxşılaşdırılması üçün dəstəyin göstərilməsini xahiş edib. Deputat Azər Allahverənov bu istiqamətdə zəruri addım atacağını bildirib.

.

.

Subyekt.az