![]()
Subyekt.az Apa -a ya istinadla xəbər verir ki, “Toyota” markalı avtomobilin sürücüsü Rəşad Mütəllibov, onun anası – 52 yaşlı Pərvanə Məmmədova və “Hyundai”nin sürücüsü Məryəm Hoorsova hadisə yerində ölüb.
Qəzada xəsarət alan iki nəfərin isə “Toyota”da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və “Hyundai”da olan sərnişin 61 yaşlı Şərif Soltanov olduğu bildirilir.
Qeyd edək ki, “Toyota” markalı avtomobildə olan şəxslər hamısı bir ailənin üzvləri olub (APA).
***
Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) 10 avqust tarixində saat 09:15 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Subyekt.az Apa -a ya istinadla xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. Hadisə nəticəsində 3 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”, məlumatda deyilir.
***
Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Subyekt.az Apa -a ya istinadla xəbər verir ki, “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.
Bunlar “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, “Toyota”da olan Mütəllibov Rəşad Yaşar oğlu və Balakən rayon Sarıbulaq kənd sakini olan digər şəxsdir.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır .
Subyekt.az