![]()
Bu gün Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulunu keçirib. Sülh küçəsi 35 ünvanında baş tutan qəbulda vətəndaşlar istəklərinə uyğun olaraq fərdi qaydada dinlənilib, onların müraciət və problemləri diqqətlə araşdırılıb.
Subyekt.az xəbər verir ki, Qəbulda Suraxanı rayonunun Qara-Çuxur qəsəbəsindən Hacıyev Mübariz Əli oğlu, Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Əliyev Nazim Sabir oğlu,Teymurov Bəylər Vasif oğlu, Əhmədov Namiq İbrahim oğlu, Sabunçu qəsəbəsindən Yetimova Könül Nəsrulla qızı, Sumqayıt şəhərindən Məmmədov Təvəkgül Məmməd oğlu, Nərimanov rayonundan Mirzəyev Sabir Knyaz oğlu və digər vətəndaşlar iştirak ediblər.
Qəbul iştirakçılarını narahat edən başlıca məsələlər ev, torpaq, məşğulluq, əfv səhiyyə, sosial təminat və digər sosial xarakterli məsələlərdən ibarət olub.
Qaldırılan məsələlərin bir qismi Millət vəkili tərəfindən yerindəcə həll olunub. Qanunvericiliyə uyğun olan digər müraciətlərin isə aidiyyati üzrə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yönləndirilməsi qərara alınıb.
#MilliMəclis #VətəndaşQəbulu #FazilMustafa
Subyekt.az