![]()
Subyekt.az xəbər verir ki , “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın icra başçılarına bayram günlərində rəhbərlik etdikləri rayonun ərazisindən kənara getməyi qadağan edib.
Bu addımın Bakıda yaşana biləcək fors-major vəziyyətlərə dərhal müdaxilə edilməsi, problemin qarşısını vaxtında almaq üçün atıldığı bildirilir.
Ümumiyyətlə, Bakının icra başçılarının xaricə getməyi xeyli məhdudlaşdırılıb. Onlar ildə yalnız iki dəfə – hər birində 10 gün olmaqla xaricdə dincələ bilərlər.
Subyekt.az