![]()
Bu gün paytaxtın Nərimanov rayonunda qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
“Nərimanov rayonunda yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Xətai prospektinin, T.Şıxəliyev, N.Quliyev və Ə.Dəmirçizadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – deyə məlumatda qeyd olunub.
Subyekt.az