![]()
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması” mövzusunda sessiya keçirilib.
London İqlim Fəaliyyəti Həftəsinin kuratoru, səfir Malini Mehranın moderatorluğu ilə keçən sessiyada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenk, energetika nazirinin müavini Elnur Soltanov, COP31 üzrə Yüksək Səviyyəli İqlim Çempionunun baş məsləhətçisi Kristian Mensah, Xarici İşlər Nazirliyinin İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev, Böyük Britaniya Lordlar Palatasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Patrisia Skotland çıxış ediblər.
Sessiyada COP29-un irsinin necə qorunub inkişaf etdirilməsi, Bakıdan əldə olunan nailiyyətlərin və dərslərin qarşıdakı illərdə qlobal iqlim gündəliyinə necə təsir göstərməyə davam etməli olduğu əsas müzakirə mövzusu olub.
Müzakirələrdə Qlobal Şimal və Qlobal Cənub arasında etimadın bərpası zərurəti diqqət mərkəzində saxlanılıb, daha inklüziv, ədalətli və icraya yönəlmiş iqlim danışıqlarına aparan yollar nəzərdən keçirilib.
Həmçinin parçalanmış geosiyasi şəraitdə iqlim diplomatiyasının rolu və artan gərginliklərə baxmayaraq, onun dialoq platforması kimi fəaliyyətini davam etdirmək potensialı müzakirə olunub.
Diqqət öhdəliklərdən icraya keçidə yönəldilib və COP-lar arasındakı dövrdə dinamikanın qorunmasında hökumətlərin, parlamentlərin, biznesin, şəhərlərin və vətəndaş cəmiyyətinin rolu vurğulanıb.
Sessiyada COP31-ə nəzər salınıb və beynəlxalq ictimaiyyətin artıq Bakıda əldə olunmuş nəticələri yenidən müzakirə predmetinə çevirmək əvəzinə, onların üzərində necə işləyə biləcəyi, bununla da davamlılığı, ambisiyanı və real irəliləyişi necə təmin edə biləcəyi müzakirə edilib.
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması” mövzusunda sessiya keçirilir.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyada COP29-un irsinin necə qorunub inkişaf etdirilməsi, Bakıda əldə olunan nailiyyətlərin və dərslərin qarşıdakı illərdə qlobal iqlim gündəliyinə necə təsir göstərdiyi əsas müzakirə mövzusudur.
Müzakirələrdə Qlobal Şimal və Qlobal Cənub arasında etimadın bərpası zərurəti diqqət mərkəzində olacaq. Daha inklüziv, ədalətli və icraya yönəlmiş iqlim danışıqlarına aparan yollar nəzərdən keçiriləcək.
Həmçinin parçalanmış geosiyasi şəraitdə iqlim diplomatiyasının rolu və artan gərginliklərə baxmayaraq, onun dialoq platforması kimi fəaliyyətini davam etdirmək potensialı müzakirə olunacaq.
Diqqət öhdəliklərdən icraya keçidə yönəldiləcək və COP-lar arasındakı dövrdə dinamikanın qorunmasında hökumətlərin, parlamentlərin, biznesin, şəhərlərin və vətəndaş cəmiyyətinin rolu vurğulanacaq.
Nəhayət, sessiyada COP31-ə nəzər salınacaq və beynəlxalq ictimaiyyətin artıq Bakıda əldə olunmuş nəticələri yenidən müzakirə predmetinə çevirmək əvəzinə, onların üzərində necə işləyə biləcəyi, bununla da davamlılığı, ambisiyanı və real irəliləyişi necə təmin edə biləcəyi müzakirə olunacaq.
Subyekt.az