
Daxili İşlər Nazirliyindən (DİN) məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.
Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Nərimanov rayonunun Ziya Bünyadov prospektində yük avtomobilinin üzərində olan texnikanın yolun hərəkət hissəsinə düşməsi ilə bağlı məsələyə aydınlıq gətirərək
bildirib ki, quruma 99-JG-895 dövlət qeydiyyat nişanlı avtomobillə iri qabaritli yükün daşınması icazəsinin alınması üçün müraciət edilməyib.
Subyekt.az