![]()
Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda törədilmiş oğurluq cinayətinin üstü açılıb.
Subyekt.az xəbər verir ki, vəkil Bəhruz Bayramova məxsus evdən oğurluq edən şəxs Muradov Fariz Murad oğlu polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri zamanı oğurlanmış əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Subyekt.az