
Bu ilin 22 may tarixində Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınmış ağır qəzada ölən şəxsin təqaüdə çıxmış hərbçi olması məlum olub.
Subyekt.az Viral.az-a istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliquliyev Seymur Ağa Əhməd oğlunun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə toqquşan “Opel”də vəfat edən Abdullayev Baxşəli Əziz oğlu zabit olub və kapitan rütbəsində ikən təqaüdə buraxılıb. Belə ki, Vətən müharibəsində Şuşa döyüşləri zamanı ağır yaralanan Baxşəli Abdullayev xeyli müalicə olunduqdan sonra təqaüdə çıxıbmış. O, təqaüdə çıxdıqdan sonra dostuna məxsus “Opel” markalı avtomobillə taksi fəaliyyəti göstərirmiş. Hadisə də gecə saatlarında Baxşəli Abdullayev taksi fəaliyyəti ilə məşğul olarkən baş verib. Onun sürdüyü avtomobilin yük maşını ilə toqquşması nəticəsində Baxşəli hadisə yerində vəfat edib. Onun 2 azyaşlı övladı qalıb.
Hadisədən sonra yük maşınının sürücüsü Seymur Əliquliyev barəsində cinayət işi açılıb.
Subyekt.az