
Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü İsmayılova Günel Firuz qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub. Xəsarət alan İsmayılova xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirir. Sürücü məsuliyyətə cəlb edilib.
Subyekt.az