
Bakının Xətai rayon Əhmədli qəsəbəsində yaşayış binasının balkonu uçub. Subyekt.az Ölkə.Az-a istinadla xəbər verir ki, hadisə Lütfizadə küçəsi 3-də (köhnə Telnov) baş verib. Köhnə tikili binanın 8-ci mərtəbədəki mənzilin balkonu uçaraq dağılıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edilib ki, mənzil sahibi balkonun qəzalı olması ilə bağlı daha əvvəl JEK- ə (mənzil kommunal istismar sahəsi) məlumat versə də, heç bir tədbir görülməyib.
Subyekt.az