![]()
Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Talassemiya bölməsinin təşkilatçılığı ilə Beynəlxalq Talassemiya Günü münasibətilə tədbir keçirilib. MHTM-nin inzibati işlər üzrə müavini Səidə Babazadə bildirib ki, tədbirin təşkil olunmasındakı məqsəd ictimaiyyətin diqqətini irsi qan xəstəliyi olan talassemiyaya yönəltmək, xəstələrlə bağlı maarifləndirməni artırmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək vermək olub.
Subyekt.az xəbər verir ki, Tədbirin açılış çıxışını edən MHTM nin müalicə işləri üzrə müavini Səhər İsmayılova qeyd edib ki, talassemiya ilə mübarizədə erkən diaqnoz və davamlı tibbi nəzarət əsas amillərdəndir. O, 2024-cü ildə Azərbaycanda 31 körpənin bu xəstəliklə doğulduğunu və dövlətin müvafiq sahədə mühüm addımlar atdığını bildirib.
Həkim-hematoloq Zenfira Mirzəyeva, mütəxəssislər Nərgiz Əliyeva və Gülgün Abbasiva isə talassemiyanın irsi xarakter daşıdığına və ailə planlaşdırmasında, cəmiyyətin maarifləndirilməsində önəminə toxunublar.
Tədbirin bədii hissəsində talassemiya ilə yaşayan uşaqlar və gənclər öz bacarıq və istedadlarını nümayiş etdirib, mahnı ifaları, rəqslər və rəsmlərlə tədbirə rəng qataraq sosial həyata fəal şəkildə qoşulmaq istəklərini ifadə ediblər.
Beynəlxalq Talassemiya Günü çərçivəsində təşkil olunan tədbir həm maarifləndirmə, həm də dəstək və həmrəylik mesajı ilə yadda qalıb.





















#TalassemiyasızHəyat #TarixdəBuGün
Subyekt.az