![]()
Qəza magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb və daha sonra aşıb.
Subyekt.az AZƏRTAC-a istinadla xəbər veri ki , hadisə nəticəsində avtomobilin sürücüsü olan qadın və onun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata əsasən, qəzanın sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

.

Subyekt.az