![]()
Sentyabrın 12-13-də “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “II LCOY Azərbaycan 2026 — II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı” keçiriləcək.
İctimai Birlikdən Subyekt.az AZƏRTAC-a istinadən verilən məlumata görə, 2026-cı il konfransı iki əsas tematik istiqamət üzərində qurulub: dayanıqlı infrastruktur, yaşıl şəhərsalma və memarlıq; həmçinin ekoloji qida sistemləri və dayanıqlı istehlak. İki gün ərzində iştirakçılar ekspert məruzələri, plenar müzakirələr və interaktiv sessiyalar çərçivəsində bu mövzular üzərində birlikdə işləyəcəklər.
Konfransın əsas nəticəsi yenə də Milli Gənclər Bəyanatı olacaq. Sənəd Azərbaycan gəncliyinin iqlim dəyişikliyi ilə bağlı mövqeyini, milli qurumlara ünvanlanan konkret tövsiyələri əks etdirəcək və YOUNGO vasitəsilə 2026-cı ilin noyabrında Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 iqlim sammitinə təqdim ediləcək.
Subyekt.az