
Subyek.az saytına verilən xəbərə görə, bu gün səhər saatlarında Dərnəgül – H.Aslanov istiqamətlərində hərəkət edən qatar Elmlər Akademiyası stansiyasında ikən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub. Bu səbəbdən maşinist qapıya baxış keçirib. Lakin Bakı metropolitenin normotiv tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar Elektrik Deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar verilib. Bunun nəticəsində xəttə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb.
Subyek.az