
Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yarışda mübarizə aparan 60 idman təşkilatı video vasitəsilə cüdo həvəskarlarına təqdim edilib.
Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxış edərək iştirakçı komandalara uğurlar arzulayıblar. Ardınca Azərbaycan cüdoçularının dünya, Avropa və Paris Olimpiadasındakı uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.





Subyekt.az