![]()
Bu gün müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan böyük söz ustası Bəxtiyar Vahabzadənin doğum günüdür.
Ömrünün altmış ildən çoxunu yaradıcılığa həsr edən şair bədii fikrimizi zənginləşdirməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərimizin sadiq carçısı olub. Onun poeziyasında haqsızlığa üsyan, azadlıq sevgisi və dilimizin müqəddəsliyi daim ön planda dayanıb.
B.Vahabzadə yalnız şair yox, həm də alim, pedaqoq, publisist idi. Bakı Dövlət Universitetində professor kimi yüzlərlə tələbəyə dərs deyib, elmi əsərləri ilə ədəbiyyatşünaslıq elmimizə qiymətli töhfələr verib. Yetmişdən çox şeir kitabı, çoxsaylı poemaları, pyesləri və publisistik yazıları ilə həm Azərbaycan, həm də dünya oxucularının rəğbətini qazanıb. Onun “Gülüstan”, “Şəhidlər”, “Vicdan”, “Dar ağacı” kimi əsərləri xalqımızın azadlıq mübarizəsinin ədəbi salnaməsinə çevrilib.
Subyekt.az