
Gecə saatlarında Lerik, Yardımlı və İsmayıllı rayonlarında zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, İsmayıllı rayonunda saat 04:01-də zəlzələ qeydə alınıb. Piriqulu stansiyasından 15 km şimal-qərbdə qeydə alınan zəlzələ 3,7 maqnitudada olub. Zəlzələ ocağı Yerin 43 kilometr dərinliyində yerləşib.
Həmçinin saat 07:49-da, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda da zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
Subyekt.az