
Müxalif qüvvələrin Suriyanın paytaxtı Dəməşqə doğru irəliləməsindən sonra ailəsi ilə birlikdə Rusiyaya qaçan Bəşər Əsədin dəbdəbəli həyatına davam etdiyi bildirilib.
Subyekt.az xarici KİV-ə istinadən xəbər verir ki, Əsədin pul sərvətindən əlavə Moskvada ən azı 20 mənzilə sahib olduğu iddia edilib.
Məlumata görə, daşınmaz əmlakların ümumi dəyəri təxminən 40 milyon dollardır.
Həmçinin Bəşər Əsədin Rusiyaya özü ilə 135 milyard dollar apardığı da bildirilib.
Bundan başqa, “Daily Mail” qəzeti iddia edib ki, Əsəd və onun həyat yoldaşının dünya üzrə müxtəlif bank hesabları, saxta şirkətləri və daşınmaz əmlak şirkətləri arasında bölünən təxminən 2 milyard dollar sərvətə sahibdirlər.
Subyekt.az