
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 29-da Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının qərargahında 59 saylı Quba və 60 saylı Quba-Qusar seçki dairəsi üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və təyyarə qəzasında həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Fidan Hüseynova çıxış edərək YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər barədə məlumat vermişdir. Seçkilərin yanvarın 29-da keçiriləcəyini deyən sədr YAP-ın bu seçkilərə ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb.
Sədr qeyd edib ki, yerli özünüidaretmə orqanları olan bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan strukturdur və bu quruma keçirilən seçkilərə hazırlıq partiya üzvləri qarşısında ciddi vəzifələr qoyur
Sədr görüşdə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş üzvlərə qeydə alınmış namizəd vəsiqəsi və namizədlər üçün yaddaş kitabçası” təqdim etdi, tapşırıq və tövsiyyələrini çatdırdı.
Fidan Hüseynova sonda YAP Quba rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərə 2025-ci il yanvarın 29-na təyin edilmiş seçkilərdə uğurlar arzulayıb.

.

.

.

Subyekt.az