![]()
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov səfirliyin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub.
Səfir Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliği istiqamətində görülən işlərlə tanış olub. Görüş zamanı qarşıda duran vəzifələr və fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətləri müzakirə edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
Görüş çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan dili kurslarının yeni üzvü, ABŞ vətəndaşı Castina Conrada Azərbaycan tarixi və müasir inkişaf mərhələlərinə həsr olunmuş “Azərbaycan Yeni Dövr” kitabı hədiyyə edilib.
Bu təşəbbüs Azərbaycan dilinin, milli-mədəni irsin və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, eləcə də Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin inkişafında mədəniyyət diplomatiyasının rolunun gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.





#AzərbaycanÖzbəkistan
#AzərbaycanMədəniyyəti
#MədəniyyətDiplomatiyası
Subyekt.az