![]()
Dörd vaqon gübrə və bir vaqon qarabaşaq sabah tranzit olaraq Azərbaycandan keçməklə Ermənistana göndəriləcək.
Subyekt.az Turkustan.az-a istinadlaxəbər verir ki, yanacaq, taxıl və digər məhsulların Azərbaycan ərazisindən Ermənistana tranzit daşınmaları müntəzəm əsasda həyata keçirilir.
Belə ki, Ermənistana bu ilin 5 mart tarixində 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11 vaqonda taxıl göndərilib.
Subyekt.az