![]()
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 756,4 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal olunub. Bu barədə Subyekt.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 108,3 milyon ABŞ dolları və ya 16,7% çoxdur. Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı ölkənin ümumi idxalının 9,30%-ni təşkil edib.
Subyekt.az