Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi 01 iyun 2024-cü il tarixindən “Aztəminatlı ailələrə hüquqi yardım” adlı layihənin icrasına start verib.
Layihə 4 ay müddətində (01 iyun-30 sentyabr 2024-cü il) 4 rayonu – İsmayıllı, Qəbələ, Sabirabad və Saatlı rayonlarını əhatə etməklə icra olunacaq.
Bu layihənin məqsədi Azərbaycanda az təminatlı ailələrə hüquqi yardım göstərməkdir.
“Aztəminatlı ailələrə hüquqi yardım” layihəsi Ismayıllı, Qəbələ, Sabirabad və Saatlı rayonlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində rayon sakinlərinə hüquşünaslar tərəfindən həftədə 2 dəfə olmaqla 4 saat hüquq yardım göstəriləcəkdir.
Dövlət qurumları üçün müvafiq təklif və tövsiyyələr hazırlanacaq. Layihənin sonunda, həyata keçirilmiş hüquq yardım fəaliyyəti ərzində əldə olunmuş məlumatlar, verilmiş xidmətin növləri və nəticələri, müvafiq qısa və uzun müddətdə təsir imkanları,qanunvericilikdə mövcud boşluq və onun aradan qaldırılması yolları,həmçinin yerli səviyyədə aztəminatlı ailələr üçün daha yaxşı hüquq yardımı və ədliyyəyə çatımlılıq üçün təkliflər hazırlanacaqdır.
Dəyirmi Masa layihə fəaliyyətləri ilə bağlı ümumiləşmiş nəticələrin təqdimatı, hüquqi yardımı ilə bağlı mövcud problemə və çətinliklərin aradan qaldırılması yolları, dövlət qurumlarının bu sahədə səmərəliliyini artırılması məqsədilə edilə biləcək islahat istiqamətlərin özündə ehtiva edən siyasi dialoq vasitəsi olacaqdır.
25 nəfərin iştirakçı ilə Dəyirmi Masa keçiriləcək.Tədbirdə layihə üzrə tərəfdaş qurumlar, yerli təşkilatlar, QHT-lər, media və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək, layihə çərçivəsində hazırlanmış hesabat təqdim ediləcək, müvafiq tövsiyyələrin icra olunması istiqamətində mümkün seçim imkanları axtarılacaqdır, ingilis dilinə sinxron tərcümə və müasir tərcümə avadanlıqları təmin olunacaqdır.
Layihə çərçivəsindəki tədbirlərlə bağlı mütəmadi məlumat və fotolar paylaşılaraq ictimailəşdiriləcək və layihənin gedişatı ilə əlaqədar KİV-də yekun pres-reliz yayımlanacaq.
Subyekt.az