Bu gün Azərbacan Dövlətinin dünya arenasında söz sahibi olması heç kimdə şübhə doğurmur. Bu yerə gəlib çatmaq heç də asan olmayıb. Zəngin neft yataqları xarici güclərin iştahını elə qabartmışdı ki, əllərinə fürsət düşən kimi daxildən sapı özümüzdən olan baltalardan istifadə edib dövlətimizi ələ keçirtməyə cəhd etdirməyə başladılar. Bəzən il ərzində iki – üç dəfə dövlət çevrilişi edərək hətta legitim hakimiyyəti ələ keçirtməyə cəhd etmişdirlər. Lakin dövlətimiz aparmaqda olduğu məqsədyönlü siyasəti ilə şər qüvvələrin bu arzusunu gözündə qoymuşdu.
Yeni yaranmış dövlətin daim var olması üçün qarşıda hələ çox işlər var. Azərbaycan nefti xarici bazara çıxarılmalı, dövlətin zəifləmiş iqtisadiyyatı yenidən bərpa olunmalı və daha sağlam qurulmalı, sosial problemlər həll edilməli idi. Bir yandan da Qarabağ Problemi…
Bütün bu problemləri elə bir siyasi uzaqgörənliklə həll edilməlidir ki, həm Qərbin nəhəng dövlətləri, həm mənfur qonşular bundan narazı qalıb dövlətimizə ciddi təhlükə yaratmasın ki, dövlət müstəqilliyi sarsılmadan qorunub saxlansın.
Etiraf edək ki, əksəriyyətimiz 1994-cü ildə atəşkəs imzalananda çox təəssüflənmişdik. Baxmayaraq ki, həmin dövrdə Ordumuz Ulu Öndərin komandanlığı ilə bir neçə uğurlu əməliyyata imza atmışdı, ancaq atəşkəs müqaviləsinin həmin dövrdə bağlanmasının nə qədər əhəmiyyətli olduğu indi öz təstiqini tapır.
Deməli, atəşkəsin əhəmiyyəti ondan ibarətdir ki, müharibə aparan ölkəyə heç bir investor sərmayə qoymur. Beynəlxalq güclər sərmayə qoyduqdan sonra bu təqdirdə öz qoyduğu sərmayəni qorumaq üçün dövlətimizə dəstək vermək məcburiyyəti daşıyacaq, həmin sərmayələr əhalinin sosial rifahının inkişafına xidmət edəcəkdir və bu müddətdən də səmərəli istifadə edib güclü ordu qurmaq lazım idi ki, bunu da xalqı ətrafında sıx birləşdirən Heydər Əliyev siyasəti edə bilmişdi.
Dövlətini və xalqını sevən bir lider tək öz hakimiyyəti illərini deyil, özündən sonrakı dövrdə də dövlət müstəqilliyini təminat altına almağı unutmamışdı. Dövləti əmin əllərə təhfil vermişdi. Mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyev bunu xalqına bir cümlə ilə vəsiyət etmişdir. “Mən Ilham Aliyevə özüm kimi inanıram”.
Xalq artıq nə etməli olduğunu yaxşı bilirdi və Heydər Əliyevə inanmış, onun layiqli davamçısının ətrafında sıx birləşərək uzaqgörən xalq olduğunu dünyaya sübut etmişdi.
Heydər Əliyev siyasəti dövlətimizin bu gün dünyada söz sahibi olmasına, ölkənin iqtisadi və siyasi müstəqilliyinin tam bərqərar edilməsinə və ən əsası Qarabağ münaqişəsinin qalibiyyətlə başa vurulmasına gətirib çıxartmışdı. Biz tam əminliklə deyə bilərik ki, bu siyasət dövlətimizi yaxın gələcəkdə dünyanın güc mərkəzinə çevirəcəkdir!
Əziz Qənbərli
Subyekt.az