Azərbaycanda fəaliyyət göstərən və dünyaca məşhur “Coca-Cola” şirkətinin sərinləşdirici içki məhsullarını istehsal edən “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni investisiya planlarına uyğun olaraq, qurumun ölkədə ikinci istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova və digər rəsmilər iştirak ediblər.
İnvestisiya dəyəri 68 milyon manat olan, beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal müəssisəsi 15 ha sahədə qurulur və burada 100-dən artıq sakinin işlə təmin edilməsi planlaşdırılır. İllik istehsal gücü 165 milyon litr olacaq müəssisədə şirkətin “Coca-Cola”, “Fanta”, “Sprite” kimi brendləri istehsal olunacaq. Yeni zavod, əsasən, daxili bazar ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub.
“Coca-Cola”nın Azərbaycana investisiyalarının artırılması ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Bu həm də ölkədə qeyri-neft sektorunun inkişafının göstəricisidir.
Azərbaycan Coca-Cola Bottlers şirkəti rayonumuzda peşəkar və profesianal fəaliyyəti ilə yanaşı rayonumuzun sosial həyatının inkişafına yeni tövhələr verəcək, rayonumuzun yeni imicinin formalaşmasına, digər yerli və eyni zamanda xarici investorların cəlbinə təkan verəcəkdir.
Bu cür möhtəşəm və böyük bir layihənin İsmayıllıda icra olunacağına görə ölkə prezidenti cənab İlham Əliyeva, İqtisadiyyat Nazirliyinə və Azərbaycan Coca-Cola Bottlers MMC-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm.
#Azərbaycan #İsmayıllı #CocaCola #İnkişaf
Subyekt.az