Skip to content
26 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Azay Quliyev Vyanada mühüm görüşlər keçirdi
  • Ölkə

Azay Quliyev Vyanada mühüm görüşlər keçirdi

19 Mart 2024
59e590545f6e8204959e9292c9c41ec9

Loading

ATƏT Parlament Assambleyasının İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədri Azay Quliyev Vyanada qurum mənzil-qərargahında həmkarlarla görüşlər keçirib.

Subyekt.az Musavat.com-a istinadən xəbər verir ki, görüşlərdə ATƏT regionunda iqtisadi və ekoloji təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş səylər, bu yöndə parlament assambleyası qarşısında duran vəzifələr müzakirə olunub.

Görüşlərdə cari ildə keçirilməsi planlaşdırılan tədbirlər – o cümlədən, Bakıda keçiriləcək ATƏT-in Malta konfransı və COP29-u nəzərə alaraq iqlim dəyişikliyinə xüsusi diqqət yetirilib. A.Quliyev süni intellektin ATƏT PA-nın İkinci Komitəsinin də əsas prioriteti olduğunu qeyd edib və bu mövzuda Lissabonda keçiriləcək konfransla bağlı məlumat verilib. Digər prioritet mövzular arasında Ukraynadakı müharibənin ətraf mühitə təsiri, korrupsiyaya qarşı mübarizə, yaşıl enerjiyə keçid, enerji təhlükəsizliyi və s. olub.

WhatsApp Image 2024-03-19 at 09.46.24.jpeg (38 KB)

“ATƏT məkanının və daha geniş dünyanın üzləşdiyi misli görünməmiş çağırışları nəzərə alaraq, əsas iqtisadi və ekoloji təhlükəsizlik təhdidlərinin həllində ATƏT-in icra və parlament strukturları arasında daha çox yaxınlaşma yaratmaq üçün birgə işləmək vacibdir”, – Quliyev deyib: “ATƏT PA-nın İkinci Komitəsi iqtisadi və ekoloji problemlərin bütöv və bir-birindən asılı şəkildə həllinə çalışır və bu, ancaq hökumət, icra və parlamentin səmərəli əməkdaşlığı ilə mümkündür”.

A.Quliyev həmçinin 2024-cü ildə ATƏT-in Malta sədrliyinin nümayəndələri, o cümlədən İqtisadi və Ətraf Mühit Məsələləri şöbəsinin rəhbəri Giulia Buhagiar ilə sinerjinin gücləndirilməsi yollarını müzakirə edib.

ATƏT PA-nın Vyana ofisində Malta sədrliyi ilə görüşdə A.Quliyev 2024-cü il İqtisadi və Ətraf Mühit Forumunun gündəliyi ilə bağlı son konsensusun əldə olunmasını alqışlayıb. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizə kontekstində və COP29 baxımından gələcək fəaliyyətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi yolları haqda fikir mübadiləsi aparılıb.

Subyekt.az

Continue Reading

Previous: Stoltenberq Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb
Next: “Bu kəndlərdən sonra Zəngəzur təhvil veriləcək” – Erməni polkovnik

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • 26 SENTYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Deputat Azər Allahverənov Sabunçu rayonunun Zabrat qəsəbəsində vətəndaşları qəbul edib 
  • Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib
  • “Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
  • Milli Məclisin sədri Sahibə Qafarova Tacikistanın Baş naziri ilə görüşüb

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

824694897_1078182201640552_2607487465510364165_n
  • Ölkə
  • Xəbərlər

26 SENTYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

25 Sentyabr 2026
FB_IMG_1790350349917
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Deputat Azər Allahverənov Sabunçu rayonunun Zabrat qəsəbəsində vətəndaşları qəbul edib 

25 Sentyabr 2026
FB_IMG_1790349813976
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib

25 Sentyabr 2026
img_2JO0ytPBi4BRxN
  • Ölkə
  • Xəbərlər

“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

25 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.