![]()
Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək.
Subyekt.az Milli.Az -a istinadla xəbər verir ki, bir qrup zəvvar Heydər Əliyev Hava Limanından Həccə gedəcək. Qeyd edək ki, bu ilk zəvvar qrupudur. Axırıncı qrupun yola düşməsi isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər – Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 dollar təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.
Subyekt.az