![]()
Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək. Subyekt.az xəbər verir ki , bu barədə Trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib. “Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, – mənbə bildirib. Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir. Medianews.az xatırladır ki, quru sərhədlər bağlıdır. 2025-ci il martın 18-də Nazirlər Kabineti xüsusi karantin rejimini iyulun 1-dək uzadıb.
Subyekt.az