![]()
UNESCO Baş Konfransının 2023-cü ildə (7-22 noyabr) Parisdə keçirilən 42-ci sessiyasında 17 oktyabr tarixi Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü elan edilib.
Bu münasibətlə dekabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində (BMM) dəyirmi masa keçirilib.
Tədbirdə müvafiq qurumların nümayəndələri, sahə üzrə ekspertlər iştirak ediblər. İki bölmədə təşkil olunan tədbirdə əvvəlcə “Azərbaycanın qeyri-maddi mədəni irsinə köklü baxış: regionlarımız ənənələrimizin beşiyi kimi” mövzusu ətrafında çıxışlar dinlənilib. Növbəti bölmə isə 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin 5 illiyi münasibətilə “Qarabağ və Şərqi Zəngəzurun qeyri-maddi mədəni irsi” mövzusuna həsr olunub.
Müzakirələr zamanı müvafiq sahə üzrə tövsiyə sənədinin hazırlanması ilə bağlı təkliflər səsləndirilib.
Dəyirmi masa çərçivəsində BMM-in foyesində qeyri-maddi mədəni irs nümunələrimizlə bağlı kiçik sərgi də nümayiş olunub.
Xatırladaq ki, ötən ilin oktyabr ayında əlamətdar günlə bağlı Mədəniyyət Nazirliyi tərəfindən qeyri-maddi mədəni irsin qorunması və inkişafı mövzusu üzrə ilk dəyirmi masa təşkil edilmişdi.

.

.

Subyekt.az