Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 20:45-də 3,5 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.