![]()
Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, 1 yanvar 2025-ci il saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub. 38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyətinin stabil olduğu qeyd edilib.
Subyekt.az