![]()
Ağdaşda azyaşlı civədən zəhərlənib. Subyekt.az “Cebheinfo.az” -a istinadən xəbər verir ki, hadisə Pirəzə kəndində baş verib. Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib. Xəstəxanada tibbi yardım göstərildikdən sonra azyaşlı evə buraxılıb.
Subyekt.az