![]()
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Hər bir ölkənin gələcəyi uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən asılıdır.
Elm və təhsili, biliyi, mədəniyyətimizi, tariximizi, ədəbi əlaqələrimizi uşaqlara aşılamaq daha çox elm ocaqlarının, ən əsası isə məktəblərin ümdə vəzifəsidir. Hər bir elm ocağı hər zaman öz fəaliyyəti dövründə xalqımızın ümummilli lideri Heydər Əliyevin gələcəyimiz olan uşaqlar haqqında müdrik kəlamını rəhbər tutmuş, öz işini bu kəlamın həyata keçirilməsi uğrunda mübarizəyə həsr etmişdir. Heydər Əliyev deyir: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətmizin sabahı bundan asılı olacaqdır”. Uzaqgörən siyasi lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli 103 nömrəli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi uşaqların vəziyyətinin yaxşılaşdırılması, uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından yeni bir mərhələ açdı.
Ötən illərdə pandemiya şəraitində informasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında elm ocaqlarının – məktəblərin, kitabxanaların və s. üzərinə böyük vəzifələr düşür. Çünki onlar gənc nəsil təbəqələrinəelm, bilik və informasiya xidməti göstərən yeganə sosial institutdur. 2020-ci ildə bütün dünyanı cənginə alan koronavirus təhlükəsi Azərbaycanda da müəyyən çətinliklər yaratdı və bir çox sahələrdə olduğu kimi, məktəb işinə də öz təsirini göstərdi. Planetimizdə COVID-19 pandemiyası başlanan ilk günlərdən xalqımızın müdrik lideri Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövləti və hökuməti təhlükənin miqyasını və mümkün fəsadlarını düzgün qiymətləndirdi, bu çətin problemin həlli ilə bağlı tədbirlər görməyə başladı.
Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin 3 mart 2020-ci il tarixli әmri ilә tabelikdә olan tәhsil müәssisәlәrin dә tәdris-tәlim prosesi müvәqqәti olaraq dayandırıldı, martın 6-da verilәn digәr әmrlә infeksiyanın mәdәniyyәt müәssisә lәrindә yarada bilәcәyi tәhlükәnin qarşısının alınması vә bu sahәdә aparılan müvafiq profilaktik tәdbirlәrin effektivliyinin yüksәldilmәsi üzrә tәdbirlәr planı tәsdiq edildi.
2020-ci il sadәcә COVİD-19 pandemiyasının yayılması ilә yadda qalmadı. Bu il Prezident İlham Әliyevin Ali Baş Komandan olduğu Azәrbaycan Silahlı Qüvvәlәrinin 44 günlük Vәtәn müharibәsi zamanı otuz il әrzindә işğal altında olan torpaqlarımızı azad etmәsi ilә Azәrbaycan tarixinә qızıl hәrflәrlә yazıldı. 2020-ci ildә müzәffәr Azәrbaycan ordusu düşmәn caynağı altında inlәyәn torpaqlarımızı işğaldan azad edәrәk tarixi qәlәbәyә imza atdı. Müstәqil dövlәtimizin suverenliyi vә ölkәmizin әrazi bütövlüyü üçün tarixi әhәmiyyәt kәsb edәn dövrdә Respublika məktəbləri müzәffәr ordumuzun zәfәr yürüşünә dәstәk olaraq cәmiyyətdә vәtәnpәrvәrlik ruhunun yüksәldilmәsi, uzun illәr işğal altında qalan, dağıdılıb talan edilәn tarixi-mәdәni irsimizin dünyaya tanıdılması mәqsәdilә böyük sәy göstәrdi.
COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri etmişdir. Hər bir ölkə bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiyalar müəyyənləşdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəfələrlə vurğulandığı və beynəlxalq aləmdə etiraf edildiyi kimi, Azərbaycan pandemiya dövründə ən uğurlu strategiya seçən ölkələrdən biri olmuşdur.
Pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi pandemiyanın geniş yayılmasının qarşısını almışdır. İlk növbədə səhiyyə sistemi gücləndirilmiş, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək mexanizmləri tətbiq edilmiş, iqtisadi dayanıqlığın təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılmışdır. Bütün ölkə ictimaiyyəti vaxtında atılmış bu addımları böyük rəğbətlə qarşılamışdır.
Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmamışdır. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməmiş, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar.
Pandemiya şəraitində Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi bir sıra istiqamətləri və mərhələləri əhatə etmişdir. Belə ki, ilk mərhələdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli 35s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilməsinə başlandı. Nazirlikdə 7/24 saat rejimində fəaliyyət göstərən Qərargah yaradıldı və hər gün hər bir təhsil müəssisəsindən vəziyyətlə bağlı məlumatlar toplandı, ümumiləşdirildi və Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürüldü.
Təhsil Nazirliyi tərəfindən yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə vəziyyətə həssas yanaşılaraq tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı təlimati məktub göndərildi, təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı təhsilverənlər, təhsilalanlar və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, müəssisələrin zəruri tibbi ləvazimatlarla, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması və aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, kütləvi tədbirlərin məhdudlaşdırılması barədə tapşırıqlar verildi.
Cari il fevralın 28-də ölkədə ilk koronavirusa yoluxma halı (tranzitlə keçən əcnəbi vətəndaşda) aşkarlandıqdan dərhal sonra növbəti iş günündə – martın 2-də dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edildi. Onu da qeyd etmək lazımdır ki, həmin vaxt ölkə ərazisində bütün təhsil müəssisələrinin fəaliyyətini dayandırması barədə qərar dünyada yalnız 12 ölkə tərəfindən verilmişdi, sonradan isə bu qərar, demək olar ki, bütün ölkələri əhatə etdi.
Qərara uyğun olaraq, martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlandı. Qeyd etmək lazımdır ki, bu, artıq pandemiya şəraitində təhsilin təşkili sahəsində ikinci mərhələ idi.
1 milyondan çox müəllim-şagird heyəti yeni təşəbbüslərdən yararlandı. İlk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Bu məqsədlə qısa müddət ərzində yüksək peşəkarlığa malik müəllimlərdən ibarət heyət müəyyənləşdirildi, texniki təchizat məsələləri həll edildi və teledərslərin çəkilişlərinə başlandı.
Dərslərin nümayişi üçün televiziyanın seçilməsi təsadüfi deyildi. Belə ki, ölkənin bütün regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz və sürətli internet bağlantısı ilə təmin edilməsi sahəsində çətinliklər olduğu üçün onların müəyyən hissəsinin dərslərdən yararlana bilməməsi ehtimalı var idi. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq, dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı və “ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Zaman göstərdi ki, bu, vaxtında verilmiş və yeganə düzgün qərar idi. Ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat TV dərslər yayımlanmağa başlandı, təhsilin əhatəliyi və əlçatanlığı təmin olundu, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olundu. Dərslər ümumi təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edir. Nümayiş etdirilən bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi “Facebook” səhifəsində, “Youtube” kanalında da yerləşdirilir ki, bu da şagirdlər üçün əlavə imkanlar yaradır. Teledərslərlə yanaşı, hər həftə ev tapşırıqlarının həllinə həsr olunmuş 2 saatlıq interaktiv verilişlər də təqdim edilir ki, bu da şagirdlərlə əks əlaqəyə imkan yaradır. Təqdirəlayiq haldır ki, Azərbaycanın teledərslər təcrübəsi sonradan Gürcüstan, Türkiyə, Ukrayna, Böyük Britaniya və digər ölkələr tərəfindən istifadə edilməyə başlandı. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edəcəkdir.
Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən “Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək idi. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunur. Portal vasitəsilə şagirdlər teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirir və əlavə tədris resurslarından faydalana bilirlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunur. Müəllimlərin portalda qeydiyyatı təmin edilmiş, onlar tərəfindən portalda onlayn dərslərin keçirilməsi üçün imkanlar yaradılmışdır. Sonradan portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla yanaşı, görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları da təqdim edilmişdir. Bu günə onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyondan artıqdır. Eyni zamanda yeni bir təşəbbüs kimi, təhsilalanlara daha geniş təlim imkanlarının yaradılması, müəllimlərə təlimlərin verilməsi və mentor dəstəyinin göstərilməsi məqsədilə “onlayn siniflər”in fəaliyyəti təşkil edildi.
Xüsusi vurğulamaq lazımdır ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer almışdır. Belə ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESKO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim olunmuşdur. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya salınmışdır. 2018-ci ilin dekabr ayından etibarən Azərbaycanda 90 məktəbdən ümumilikdə 1000-dən çox müəllim və 10 min şagird “Polyup” layihəsinə qoşularaq fəal şəkildə respublika üzrə keçirilən müsabiqələrdə iştirak edirlər. 2019-cu ilin fevral ayından başlayaraq Azərbaycan üzrə 10 “Polyup” müsabiqə həyata keçirilmişdir. Bundan əlavə, portal vasitəsilə müəllim və şagirdlərə beynəlxalq müsabiqələrdə iştirak imkanları da yaradılmışdır. Hazırda Təhsil Nazirliyi “Polyup” platformasındakı resursları teledərslərə və www.video.edu.az portalında yerləşən digər videoresurslara inteqrasiya etmişdir.
Təhsil Nazirliyi pandemiya dövründə məktəbəqədər təhsilin davamlılığı ilə bağlı tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Belə ki, Nazirliyin Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilmişdir. Məktəbəqədər yaş dövrünə aid uşaqlar üçün hazırlanan teledərslər “ARB Günəş” telekanalının efirində həftənin iki günü yayımlanır. Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı, onların inkişafı üçün praktiki məşğələlər də təqdim olunur. Teledərslərlə yanaşı, uşaqlar üçün onlayn dərslər və tərbiyəçi müəllimlər üçün vebinarların təşkili də davam etdirilir. Layihə çərçivəsində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3-4 yaşlı uşaq cəlb edilmişdir. Onu da qeyd etmək lazımdır ki, təşkil edilən teledərslər, onlayn dərslər və vebinarlar yalnız Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihənin əhatə etdiyi uşaqlar və tərbiyəçilər üçün deyil, ölkənin bütün məktəbəqədər təhsil müəssisələri üçün əhəmiyyətlidir. Onu da qeyd etməliyik ki, o dğnəmlərdə Sosial dəstəyə ehtiyacı olan 20 mindən çox tələbə artıq qeydiyyatdan keçib.
Pandemiyanın təsirlərinin azaldılması istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra sosial-psixoloji fəaliyyətlər də həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar evdə qalan şagird və müəllimlərə, eləcə də vətəndaşlara mənəvi-psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi tərəfindən 6 aprel tarixindən 146-3 “Qaynar xətt” xidməti fəaliyyətə başlamışdır. Xidmətin təşkili üçün təcrübəli məktəb psixoloqları işə cəlb edilmişdir və hazırda xidmətə müraciət edən hər bir vətəndaşa psixoloqlar tərəfindən telefon vasitəsilə psixoloji məsləhətlər təşkil edilir, zəruri mənəvi dəstək göstərilir. İndiyədək daxil olan 1521-dən artıq zəng əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə bağlı yaşanan təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən təcrid olunması, təhsil müəssisələrində dərslərin dayandırılması nəticəsində depressiv vəziyyət, evdə qalmağa məcbur olan kiçik yaşlı məktəblilərdə müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanları ilə bağlı yaşadığı həyəcanla əlaqəli olmuşdur. Müraciət edən bütün şəxslərə peşəkar psixoloji dəstək göstərilmiş, tövsiyələr verilmişdir.
Müəllimlik peşəsi ən məsuliyyətli peşədir
Pandemiya müəllim peşəsinin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etdi. Belə fikirlər səslənirdi ki, müasir inkişaf dövründə müəllimə ehtiyac azalır, təhsilalanlar sərbəst öyrənmə imkanlarından yararlana bilir. Lakin belə hadisələr bir daha sübut edir ki, müəllimlik alternativi olmayan bir peşədir. Cəmiyyət bir daha əmin oldu ki, Azərbaycan müəllimləri hər zaman üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirmiş, şagirdlərə mükəmməl bilik, savad verməklə yanaşı, onların milli-mənəvi dəyərlər, azərbaycançılıq ruhunda tərbiyəsinə, layiqli vətəndaş kimi formalaşmasına bütün həyatını sərf etmişlər. Pandemiya dövründə fədakarlıq göstərən peşə sahibləri insanların sağlamlığını təmin edən həkimlərlə yanaşı, şəxsi qayğılarını kənara qoyaraq təhsilin fasiləsizliyini təmin edən müəllimlər oldu. Müəllimlər ən müasir elektron sistemlərdən, platformalardan istifadə edərək onlayn dərslər təşkil etdilər, proqram materiallarının mənimsənilməsinə səy göstərdilər, şagirdləri ilə ünsiyyətdə oldular və tədris ilinin uğurla başa çatdırılmasına zəmin yaratdılar.
Qlobal ağrı sayılan pandemiya dövü müəllimlər, xüsusən də məktəb direktorları üçün alternativi olmayan ən məsuliyyətli və həssas bir dönəm idi. Distant təhsil dərslərin təşkili, səmərəliliyi və davamiyyətin ideal səviyyəyə çatdırılması kimi çətin bir yük yaratmışdı. Bunun öhdəsindən layiqincə gələn müəllim kollektivi və müdriyyət gücləndirilmiş iş rejimi sərgilədi. Online şəklində təşkil edilən dərslərdən sonra da davam edən ciddi nəzarət məktəblilərin dərsə gəldikdən sonrakı mərhələlərində də aktiv səviyyədə davam etdirildi. Tibb personalı və tibbi avadanlıqlarla təchiz olunmuş məktəbimizdə məktəblilərin sağlamlıqları, onların qayğısına qalmaq, ilkin mərhələrdə tibbi müdaxilə və həkim nəzarəti öncüllüyümüzə çevrildi.
Əsrin ən sarsıdıcı hadisəsi olan COVID-19 pandemiyası dönəmi artıq geridə qaldı. Dövlətimiz və xalqımız o illərdən üzüağ çıxmağa nail oldu. Bütün bunlara baxmayaraq, bu gün də bir təhsil işçisi kimi ayıqlığımızı itirmirk və böyük məsuliyyətlə hər bir şagirdin psixoloji, social və səhhəti ilə bağlı problemləri aradan qaldırırıq.
Abdulla Əsgərov,
A.Nəzərəliyev adına 16 saylı tam orta məkrəbin direktoru
Subyekt.az