![]()
Azərbaycan İngiltərə təşkilatı tərəfindən mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görüldü
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) “Mədəni irsin qorunması və innovasiyası üzrə qlobal liderlik” nominasiyasında beynəlxalq müsabiqədə 2026-cı il üzrə qalib elan olunub.
Mükafat İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu onlayn media platforması “Brands Review Magazine” jurnalı tərəfindən təqdim olunub. Qiymətləndirmə prosesində Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi, məlumat bazalarının effektiv idarə olunması, həmçinin, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələr beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
Subyekt.az