![]()
Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndəriləcəyi ilə bağlı məlumatı təsdiqləyib.
Ermənistan İqtisadiyyat Nazirliyinin sözçüsü Lilit Şaboyan bu barədə məlumatı təsdiqləsə də əlavə məlumat verməyib.
Azərbaycan mediası bu gün Ermənistana növbəti neft məhsulları göndərəcəyi barədə məlumat yayıb. Qeyd olunub ki, bu dəfə Azərbaycandan Ermənistana 1000 ton A92 markalı benzini, eyni miqdarda dizel yanacağı və 1800 ton A95 benzininin daşınması planlaşdırılır.
Subyekt.az