![]()
14–23 may tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçirilən 35-ci Doha Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz təmsil olunur.
Azərbaycanın milli stendində tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı və müasir inkişafımızı əks etdirən 200-ə yaxın nəşr nümayiş etdirilir.
Azərbaycan nümayəndə heyətinin tərkibində sərgiyə qatılan “Zərdabi Nəşr”, “İpəkyolu”, “Roller bird” nəşriyyatları və yazıçılar ərəb ölkələrinin nəşriyyat və kitab yayımı mərkəzləri ilə işgüzar görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edir.
Qeyd edək ki, 35-ci Doha Beynəlxalq Kitab Sərgisində 40 ölkədən 500-ə yaxın nəşriyyat təmsil olunur.

.

.

Subyekt.az