
“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edib.
Subyekt.az