Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və onun imzalanmasının vaxtı çatıb.
Ermənistan KİV:
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan bütün çağırışlara baxmayaraq davamlı və sabit sülhün demokratiyanın arzuolunan mayakı olduğuna inanır: “Mənim hökumətim bununla bağlı məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz sadəcə olaraq Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri bərpa etməliyik ki, bu da Alma-Ata bəyannaməsinə görə dövlət sərhədinə çevrilir”.
Subyekt.az