Skip to content
25 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • “Azərbaycanla Konqo arasında dostluq əlaqələri yaradılır”
  • Ölkə

“Azərbaycanla Konqo arasında dostluq əlaqələri yaradılır”

06 Aprel 2024
WhatsApp Image 2024-04-06 at 14.35.51
13

Loading

Bu günlərdə tarixdə ilk dəfə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfər etdi.
Prezident İlham Əliyev aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, Konqo ilə Azərbaycan arasında dostluq əlaqələri yaradılacaq. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməli olmaqla yanaşı, həm də bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.
Qeyd olundu ki, siyasi əlaqələrimizin inkişaf etməsi üçün BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək və hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.
Məlumdur ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik edən Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Konqo ölkəmizin təşəbbüslərinə hər zaman öz dəstəyini göstərmiş və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir.
Məhz Azərbaycanın sədrliyi dövründə bu təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılmışdır. Bu gün BMT-dən sonra ikinci böyük təsisat kimi 121 üzvü olan Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır.
Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri arasında neokolonializmə qarşı mübarizə məsələləri də öz yerini tutmuş və bu gün də bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır.
Bu gün Bakı Təşəbbüs Qrupu da dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bir müddət bundan əvvəl Azərbaycanda yaradılmış bu beynəlxalq qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.
Dövlət başçımız bu səfərlə bağlı mətbuata verdiyi bəyanatında bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı sahəsində layihələrdə iştirak etmək fikrindədir. Bununla yanaşı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var.
Səfər çərçivəsində strateji əməkdaşlığın yaradılması, vaxtilə sovet dövründə Konqodan olan tələbələrin Azərbaycanın ali məktəblərində təhsil alması ənənəsinin bərpa olunması məsələləri də müzakirə edildi, bir sıra mühüm ikitərəfli sənədlər imzalandı.
Millət Vəkili Jalə Əhmədova

Subyekt.az

Continue Reading

Previous: Millət Vəkili Adil Əliyev Şəhid və Qazi ailələrinə iftar süfrəsi təşkil etdi.
Next: Təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Fazil Mustafa: Şvabe cızılmış val kimi yenə eyni əyridədir
  • Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib
  • 107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı
  • Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi
  • 47 yaşlı Babək Səmədov saxlanılıb

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

c87bb308-06e3-4041-aad5-832ebc2f3900
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Fazil Mustafa: Şvabe cızılmış val kimi yenə eyni əyridədir

25 İyun 2026
1
  • Mədəniyyət
  • Ölkə

Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak edib

25 İyun 2026
730695916_1541382440824389_6950220559591680757_n
  • Kriminal
  • Ölkə

107 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı

25 İyun 2026
venesuela
  • Ölkə
  • Xəbərlər

Ölkə fəlakət yaşayır! 39 saniyə ara ilə iki böyük zəlzələ baş verdi

25 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.