![]()
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 133,7 milyon ABŞ dolları təşkil edib. Bu barədə Subyekt.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 31 milyon ABŞ dolları və ya 18,8% azdır. Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,11%-i həcmində olub. Cari ilin yanvar-mart aylarında Azərbaycandan ABŞ-yə 15,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 27,3% çoxdur.
Eyni zamanda 2025-ci ilin yanvar-mart aylarında ABŞ-dən Azərbaycana 118 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 34,4 milyon ABŞ dolları və ya 22,6% azalma deməkdir.
Subyekt.az