
Subyekt.az ONN media -ya istinadla xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib. “Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murad Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır”, – paylaşımda qeyd olunub. Xatırladaq ki, Ceyhun Bayramov ötən gün Qazaxıstana rəsmi səfərə gedib.
Astanada Azərbaycan və Qazaxıstan XİN başçılarının nümayəndə heyətləri ilə birgə görüşü başlayıb. Hər iki nazir görüşün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında keçirilməsini fərəh doğuran fakt kimi qeyd ediblər.
Subyekt.az