
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli məktəbin 1-ci sinfində otağın tavanı çöküb.Subyekt.az News24.az-a istinadla xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb. Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır. Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.
Subyekt.az