
Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir. Subyekt.az Gundelik.az-a istinadla əldə etdiyi məlumata görə, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaqlar.Belə ki, bu şəxslər üçün Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillərin satın alınması işlərinə başlanılır. Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə start verilib. Agentlik sözügedən işlərin 844 470 manata başa gələcəyini proqnozlaşdırıb.
Subyekt.az