Skip to content
12 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Sosial
  • Azərbaycanda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alanların sayı açıqlanıb
  • Sosial

Azərbaycanda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alanların sayı açıqlanıb

18 Mart 2024
65f8048e5d46365f8048e5d464171075291065f8048e5d46165f8048e5d462
3

Loading

Mövcud qanunvericiliyə uyğun olaraq beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son beş ildə bu müavinətin məbləği 3,5 dəfə artırılaraq 105 manata çatdırılıb.

Hazırda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2600-dən çoxdur.

Qeyd edək ki, Milli Məclisdə Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunub. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov çoxuşaqlı ailə məsələsinə baxılmasını təklif edib:

“Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Diferensial yanaşma bu sahədə çox vacibdir. Əgər çoxuşaqlı ailə modelini 5-dən 3-ə endirəriksə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər”.

Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır:

“Biz bu təklifi dəstəkləyirik. Çox uşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda, onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.

Musa Quliyev qeyd edib ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur:

“Onlar da bu məsələdə müsbət fikirdədirlər”.

Subyekt.az

Continue Reading

Previous: Növbəti köç karvanı Füzuli şəhərinə çatıb – FOTO
Next: Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Bu gün Tovuz döyüşlərindən 6 il ötür
  • Hacıqabulda sərnişin avtobusu aşdı, 30-dan çox xəsarət alan var
  • Tural İrfan: Əliallahılıqda Aşura: Nuseyri-Ələvi İnancında Məhərrəm Mərasimlərinin Teoloji Mahiyyəti
  • 12 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirildi

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

14398796216764451790
  • Ölkə
  • Qarabağ
  • Tarixdə bu gün
  • Xəbərlər

Bu gün Tovuz döyüşlərindən 6 il ötür

12 İyul 2026
photo_334772
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

Hacıqabulda sərnişin avtobusu aşdı, 30-dan çox xəsarət alan var

12 İyul 2026
310753
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Sosial

Tural İrfan: Əliallahılıqda Aşura: Nuseyri-Ələvi İnancında Məhərrəm Mərasimlərinin Teoloji Mahiyyəti

11 İyul 2026
730332557_1000531149267840_6189689290590127798_n
  • Ölkə
  • Xəbərlər

12 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

11 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.