Səudiyyə Ərəbistanından Azərbaycana turist axını 31% artıb. Bu ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana 76 816 nəfər səfər edib. Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib. Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31%-dən çox artım deməkdir.