
Aprelin 16-da Milli Məclisdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin ölkəmizdə səfərdə olan Sloveniya Parlamentinin Sloveniya-Azərbaycan dostluq qrupunun rəhbəri Bojan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə ölkələrimizin uğurlu sosial-iqtisadi inkişafı, xalqlarımız arasında səmimi münasibətlərin mövcudluğu qeyd olunub. Bildirilib ki, qısa müddət ərzində hər iki ölkənin müstəqilliyi dönməz xarakter alıb, mütərəqqi parlamentarizm ənənələri formalaşıb, xalqlarımız milli və mənəvi yüksəlişə nail olublar.
Söhbətdə vurğulanıb ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti və davamlı islahatlar sayəsində Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bu gün hərtərəfli inkişaf edən, qlobal transmilli layihələri reallaşdıran, beynəlxalq səviyyədə böyük nüfuza malik müasir dövlətə çevrilib. Hazırda ölkəmiz etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

.

Subyekt.az