“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində iki ölkə arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.
Subyekt.az