
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda seminar keçirildi.
Tədbiri giriş sözü ilə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova açaraq gələn qonaqları salamladı və tədbirin mahiyyətindən ətraflı bəhs etdi. O, qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Bu sahədə aparılan işlər gün də cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir və biz tarixi ədaləti bərpa etmiş azad və suveren ölkənin vətəndaşları olaraq 2025-ci ili “Konstitusiya və suverenlik ili” kimi qeyd edirik. Salamlama nitqindən sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və mövzuya uyğun olaraq videoçarx nümayiş olundu. Ardınca çıxış edən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova “Heydər Əliyev və Azərbaycan Respublkasının Konstitusiyası” mövzusundada çıxış edərək Azərbaycan Respublikasının konstitusiyasının yaranmasından və bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etdi. Qeyd olundu ki, konstitusuyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Filialın Sosial və xüsusi fənlər kafedrasının dosenti, Heydər Əliyev Mərkəzinin “Ulu Öndər Heydər Əliyev irsinin təbliğatı qrupu”nun fəal üzvü Sübhan Talıblı “Heydər Əliyev və Azərbaycanın dövlət suverenliyi” mövzusunda çıxış edərək bildirdi ki, konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir və həmçinin suverenliyimizin təminatçısıdır. Bu gün Azərbaycan öz xalqının humanizm ideyalarını, milli maraqlarını əsas tutataq müstəqil şəkildə daxili və xarici siyasətini cəsarətlə həyata keçirir, suveren hüquqlarına uyğun olaraq bütün dünya ölkələri ilə münasibətlərini hüquqi müstəvidə quraraq qarşısına qoyduğu məqsədlərə doğru uğurla addımlayır, regionda lider dövlət kimi öz sözünü deyir.
Daha sonra çıxış edən Sosial və xüsusi fənlər kafedrasının müəllimi f.ü.f.d Şasəddin Mikayılov, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d. Eyvaz Eminalıyev və kafedranın müəllimi Türkan Hüseynova qeyd etdilər ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Subyekt.az