
Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

Subyekt.az xəbər verir ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Subyekt.az